Leonardo da Vinçi əslən qafqazlıdır? – Dahi rəssamın anası ilə bağlı yeni FAKTLAR

Leonardo da Vinçi əslən qafqazlıdır? – Dahi rəssamın anası ilə bağlı yeni FAKTLAR

İtaliyalı rəssam Leonardo da Vinçi tarixdə ən çox araşdırılan məşhurlardan biridir. Buna baxmayaraq, “intibah əfsanəsi” haqqında vacib bir detal hələ də sirr olaraq qalır. Vinçinin anası kim olub?

 

Sfera.az “NBC News” a istinadən bildirir ki, bu barədə yeni araşdırma aparılıb. İddialara görə, “Mona Liza”nın müəllifi və İtaliya mədəniyyətinin simvolu olan Leonardonun anası əslən Qafqazdan olan yarı italiyalı bir qul olub. Tədqiqatın nəticələri Florensiyada keçirilən mətbuat konfransında Leonardonun həyat və yaradıcılığını araşdıran alim Karlo Veççe tərəfindən açıqlanıb.

 

Rəssamın anası haqqında araşdırma və fərziyyələr zaman-zaman müzakirə obyektinə çevrilib. Lakin bəzi detallar üzərində razılıq əldə edilib – Leonardonun anasının adı Katerina idi. Rəssam 15 aprel 1452-ci ildə Florensiya Respublikasının ərazisində, Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero adlı notariusun və sadə kəndlinin övladı olaraq dünyaya göz açıb. Bundan əlavə, bir sıra nəzəriyyələr də var. Bəzi alimlər Leonardonun anasının kəndli, digərləri yetim, bəziləri isə Yaxın Şərqdən və ya Şimali Afrikadan olan bir qul olduğunu irəli sürüblər. Tədqiqatçı alim Karlo Veççe isə deyir ki, sübutlara görə, rəssamın anası bu gün Rusiyanın cənubunda, Qara dəniz sahillərində yerləşən Şimali Qafqaz bölgəsindən olan çərkəz qul olub. Belə ki, Veççe Florensiya Dövlət Arxivindən naməlum sənədlər tapdığını iddia edib. Sözügedən sənəd isə Qara dəniz bölgəsindən olan qulların sahibi, “florensiyalı macəraçının” arvadı Monna Ginevranın Katerina adlı köləni azad etməsi aktıdır. Sənəd Leonardonun atası Ser Piero da Vinci tərəfindən yazılıb və 1452-ci ilin noyabrına aiddir.

 

“O sənədi görəndə gözlərimə inanmadım. Mən heç vaxt onun xaricdən gələn bir qul olduğu nəzəriyyəsini dəyərləndirməmişəm. Beləliklə, aylarla həmin notariat sənədindəki Katerinanın Leonardonun anası olmadığını sübut etməyə çalışdım, amma sonda dəlillərə təslim oldum. O vaxtlar bir çox qulların adı Katerina olub. Lakin bu sənəddə azad edilən qulun adı Katerina Ser Piero idi. Üstəlik, sənəd kiçik səhvlər və nöqsanlarla doludur. Bu da onu tərtib edərkən bəlkə də Ser Piero da Vincinin əsəbi olduğuna işarədir. Çünki başqasının qulunu hamilə saxlamaq cinayət idi”, deyə Karlo Veççe söyləyib.

 

Sözügedən tapıntılar Veççenin “Il Sorriso di Caterina” (Katerinanın təbəssümü) adlı yeni tarixi romanının əsasını təşkil edib. Kitabın naşiri Giuntinin fikrincə, 15-ci əsrdə Qara dənizdən gələn kölələr güclü dəniz respublikaları olan Venesiya və Genuyadan olan tacirlər üçün gəlirli bir iş idi:

 

“Florensiya bazarları hətta doğuşdan sonra belə ağalarının övladlarına süd vermək üçün istifadəyə yararlı olan qulluqçu, baxıcı, eləcə də cariyələr ola biləcək gənc qadınları tələb edirdi”.

 

“NBC News”da dərc olunan yazıda həmçinin qeyd olunub ki, çərkəzlər 19-cu əsrə qədər Qafqazın şimalında yaşamış, çar Rusiyasının bu əraziləri işğal etməsindən sonra 1 milyondan çox insan öz vətənlərini tərk etməyə məcbur olmuş müsəlmanlardır. Məlumata görə, çərkəzlər hazırda Türkiyə, İsrail, Suriya, İordaniya və ABŞ kimi dünyanın 40-a yaxın müxtəlif ölkəsində yaşayırlar.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...