“Sədərəy”ə işə gedirmiş - Bakıda dünənki dəhşətli qəzanın TƏFƏRRÜATI + VİDEO

“Sədərəy”ə işə gedirmiş - Bakıda dünənki dəhşətli qəzanın TƏFƏRRÜATI + VİDEO

Dünən səhər saatlarında Yasamalda - Bakı dairəvi avtomobil yolunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yüksək sürətlə hərəkət edən “KİA” markalı, 90-NE-840 dövlət nömrə nişanlı avtomobildə olan sürücü 1991-ci il təvəllüdlü Seyidov Namiq Mirqasım oğlu və sərnişini Özbəkistan vətəndaşı Maqerramova Sabina Dilovar qızı iş yoldaşı olublar. Onlar səhər saatlarında işlədikləri “Sədərək” ticarət mərkəzinə birgə yola düşüblər. Lakin dairəvi yolda N.Seyidov avtomobili çox sürətlə idarə edərək təhlükəli manevrlər edib. Nəticədə avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı metal arakəsmələrə çırpılaraq aşıb.

 

N.Seyidov hadisə zamanı təhlükəsizlik kəmərindən istifadə etdiyi üçün sağ qalsa da, S.Maqerramovanın kəməri taxmaması onun ölümünə səbəb olub. O, zərbənin təsirindən avtomobilin ön şüşəsinə çırpılaraq maşından çıxıb və yolun hərəkət hissəsinə düşərək ölüb.

 

Bildirilir ki, qəzada vəfat edən Özbəkistan vətəndaşı xeyli vaxt imiş Azərbaycanda yaşayırmış. Burada ailə quran S.Maqerramovanın 2 azyaşlı övladı qalıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...