Narkotikə görə tutulmuşdular, hakim bəraət verdi

Narkotikə görə tutulmuşdular, hakim bəraət verdi

Külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinən Elnur Bayramov və Nurlanə Nəhmətovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmə bu qənaətə gəlib ki, tutulma və onlardan narkotik götürülmə vaxtı üst-üstə düşməyib. Hər iki şəxsə verilmiş ittiham sübuta yetirilməyib. Buna görə də E.Bayramov və N.Nəhmətova barəsində bəraət hökmü çıxarılıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən satış məqsədi ilə narkotik vasitəni əldə etmək, saxlama) və 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama) maddələri ilə ittiham irəli sürülmüşdü.


OXŞAR XƏBƏRLƏR