Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin SON VƏZİYYƏTİ

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin SON VƏZİYYƏTİ

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

 

Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq "Liv Bona Dea Hospital"dan məlumat verilib.

 

Xəstəxananın baş həkimi Cabir Gülmalıyev isə bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə "Liv Bona Dea Hospital"a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib: "Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir".


OXŞAR XƏBƏRLƏR