Sevda Şirinova vəfat edən rəisin yerinə onu TƏYİN ETDİRDİ - 6 ayda iki rəhbər DƏYİŞİB

Sevda Şirinova vəfat edən rəisin yerinə onu TƏYİN ETDİRDİ - 6 ayda iki rəhbər DƏYİŞİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinə yeni rəis təyin edilib.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə mayor Bəhruz Məmmədov Kadr siyasəti Baş İdarəsinin Xidməti Vəsiqələrinin Verilməsi və Qeydiyyatı Bölməsinin rəisi vəzifəsindən azad olunaraq, sözügedən idarənin rəhbəri təyin olunub. 

 

Qeyd edək ki, Bəhruz Məmmədovun bacısı Sevinc Məmmədova FHN-in Tibb Xidmətində ümumi şöbənin rəis müavinidir. Bəhruz Məmmədov həmçinin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunur.

 

Sevda Şirinova

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında Rəqəmsal Texnologiyalar və İnnovasiyaların İnkişafı Baş İdarəsinin rəisi, polkovnik Elçin Mirzəxanov 55 yaşında qəfildən vəfat edib. Onun yerinə Teymur Rəhimov təyin edilsə də, sonradan müəmmalı səbəblərdən vəzifəsindən kənarlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə meşə yanğınlarına görə 10 nəfər həbs olundu

Türkiyədə meşə yanğınları ilə əlaqədar nəzarətə alınan 44 şübhəlidən 10-u həbs olunub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, ...

Avronun bahalaşması Azərbaycanda da qiymətlərə təsir edir - VİDEO

Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.   Sfera.az bildirir ki, manat dollar qarşısında stabilli...

Prezident Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...