Keçəl məşhurların taktikaları: xarizmatik görünmək üçün…– FOTOLAR 

Keçəl məşhurların taktikaları: xarizmatik görünmək üçün…– FOTOLAR 

Keçəlləşmək hər kişinin qorxulu yuxusudur. Ancaq mütəxəssislər iri eynəklər, ağappaq dişlər və ya baxımlı qaşlar kimi saç tökülməsini kompensasiya etməyin bir çox yolu olduğunu bildirirlər.

 

Məsələn, Şahzadə Uilyama baxaq. Onun saç tökülməsindən necə narahatlıq keçirdiyini qardaşının xatirələrindən ibarət kitabını oxuyan hər kəs bilir. Maraqlıdır ki, bərbər Maykl Duqlas – saç brendi "MD London"un yaradıcısı və Davina Makkallin sevgilisi – Uels şahzadəsinə bütün saçlarını qırxmağı tövsiyə edib. 


"Onun əla dişləri var. Möhtəşəm dişləriniz varsa, saçınızın nə qədər azaldığının və ya keçəl olmağınızın əhəmiyyəti yoxdur. İnsanlar sizin gülüşünüzə heyran qalırlar”, - deyə bərbər bildirir.

 
Bir vaxtlar "Yaşayan ən seksual keçəl adam" seçilən şahzadə keçəlliklə barışıb. Hazırda bu halı ilə olduqca xarizmatik görünməyi bacarır.

 
Lakin bu bir reallıqdır ki, keçəllik probleminizin həll yolunu, üslubunuzu tapmaq həssas məsələdir. 


Möhtəşəm dişlərin diqqəti yayındıracağı sadəcə bir bir düşüncə xəttidir. Bəzi keçəllər eynək və ya şərf kimi digər əlamətdar aksesuarlara etibar edirlər.


“Spex Hair”in saç üzrə mütəxəssisi Spenser Stivenson deyir ki, keçəlləşən kimi bütün başı təraş etməyə tələsmək lazım deyil.

 
“Kişilərin bu halla barışması çox çətin və məşəqqətli bir prosesdir. Saçınızı itirməklə sanki özünüzün bir hissəsini və şəxsiyyətinizi itirirsiniz. Buna görə də, bəzilərinin dediyinin əksinə, bütün başı qırxmaq hər kişi üçün asan və hər kəsə uyğun həll yolu deyil".


Bu problemlə mübarizə aparan kişilərə kömək etmək üçün “The Bald Truth” radio şousunu idarə edən Stivenson deyir ki, bir kişi keçəlliyi ilə barışmaq üçün aşağıdakı proseslərdən keçməlidir:

 

Mərhələli şəkildə irəlilə


Saçlarınızın azaldığını görürsünüzsə, dərhal ülgücə əl atmayın. Şahzadə Uilyamın, məsələn, daha nazik və dolğun saçlar arasındakı kontrastı vurğulamamaq üçün seçdiyi saç kəsimindən nümunə götürün. Onun saçlarının arxa və yanları kəsilmiş şəkildə saxlanılır. 

 

Araşdırma aparın

 

“Bu, vurğulaya biləcəyim ən vacib şeydir. Əgər mübarizə aparmaq üçün müalicə üsullarını axtarırsınızsa, araşdırma etməyiniz şərtdir. Çünki Ueyn Runi və Ceyms Nesbitt kimi məşhurların saç müalicələri ilə bağlı çoxlu spamlar yayılıb. Sosial media alqoritmləri kişilərə "sürətli həll yolları" vəd edir. Həqiqət isə budur ki, heç bir asan yol yoxdur. Ona görə də kişilər saç tökülməsini müalicə etdirmək, saç əkdirmək və s. yollarla keçəlliklə mübarizə aparmaq istəyib-istəmədikləri barədə həqiqətən diqqətlə düşünməlidirlər".


Nüfuzlu qurumlar üçün Beynəlxalq Saç Bərpası Cərrahları Alyansına müraciət etməyi tövsiyə edən Stevenson deyir:

 

“Türkiyəyə uçmağın və bir neçə həftənin bunu düzəldə biləcəyini düşünməyin”.

Üzünüzü çərçivələyin

 

Cənab Tuccidən nümunə götürün və saç olmadığı zaman üzünüzü çərçivəyə sala biləcək digər elementləri düşünün. Məsələn, cəsarətli bir eynək seçimi -  qalın çərçivəli eynək işə yaraya bilər. Biz burada Elton Conun eynəklərindən danışmırıq, amma siz də Herri Hillin standart eynəklərini düşünməyin. İkisinin arasında bir yerdə olan eynək seçimi uyğundur.

 

Yenə Tuccinin necə boyun bəzəklərinin ustasına çevrildiyinə diqqət yetirin, istər axşam tədbirində köynəyini şərflə kombinləsin, istərsə də yaxasına yaylıq qoysun, o, üzünü ağıllı şəkildə çərçivəyə salır.

 

SPF-nin əhəmiyyəti

 

Bir çox kişinin unutduğu bir şey var, saçlarınız azalırsa, saç xəttinnə və saçların artıq tökülmüş olduğu hissələrə nəmləndirici çəkmək vacibdir; başınız günəşin zərərinə ən çox məruz qalan yerdir və SPF ilə nəmləndiriciyə ehtiyacı var.


Daha isti iqlimlərdə şapka gündəlik geyiminizin vacib hissəsi olmalıdır. Dərinizdə yağlılığa meyillilik varsa, keçəlləşən başınız da parıldayacaq. Ona görə də yağ əsaslı deyil, su əsaslı nəmləndiriciyə üstünlük verin.


Şampundan imtina etməyin

 

Hətta keçəllərdə də hələ də kiçik saç follikulları olur, buna görə də şampundan imtina etməmək vacibdir, əks halda dərinizin qabıqlanma riski var. Bunun qarşısını almaq üçün quru saçlarla mübarizə aparan şampunlara üstünlük verin.

 

Baxımlı olun


Dişlərinizi mümkün qədər mükəmməl hala gətirin, onları mütəmadi olaraq fırçalayın, lazım gələrsə, ağardıcı vasitələrdən istifadə edin. 
Qaşlarınızı səliqəyə salın. Üz dərinizə qulluq edin. 

 

Bəlkə də keçəl olmaq daha yaxşıdır? Siz qərar verin:
 

 

Lalə 

Sfera.az


OXŞAR XƏBƏRLƏR