Dövlət Komissiyasının növbəti iclası keçirildi

Dövlət Komissiyasının növbəti iclası keçirildi

Martın 10-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Neft Şirkəti, Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürdüyünü qeyd etmişdir. O xüsusi vurğulamışdır ki, iqlim dəyişmələri ilə bağlı problemin aktuallığının əhəmiyyətini nəzərə alaraq, ölkəmiz iqlim dəyişmələrinin təsirinin azaldılması sahəsində zəruri beynəlxalq həmrəyliyi həyata keçiri, istilik effekti yaradan qazların emissiyasının azaldılması hədəflərinə çatmaq üçün bir sıra layihələri reallaşdırır.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri və bunun nəticəsində yarana biləcək problemlər barədə məlumat verdi.

 

Tədbirdə Dövlət Komissiyasının sədr müavini, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqlim dəyişmələrinin yaratdığı risklər və iqlim dəyişmələrinin təsirinə daha çox həssas olan sahələrin bu prosesə uyğunlaşması (adoptasiyası) istiqamətində görülməsi zəruri olan tədbirlər ətrafında çıxış etdi.

 

Dövlət Komissiyasının Katibliyinin rəhbəri, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev Katibliyin və İşçi Qrupun fəaliyyəti, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva isə “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin yenilənməsi və İşğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası hədəflərinə çatmaqla bağlı zəruri olan tədbirlər barədə məlumat verdilər.

 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Statistika Komitəsinin sədr müavinin Yusif Yusifov müvafiq sektorlar üzrə görülmüş işlər və nəzərdə tutulan növbəti addımlar barədə fikirlərini bildirdilər.

 

Müzakirələrin nəticəsinə əsasən, Dövlət Komissiyasının sədri Əli Əhmədov “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) sənədinin yenilənməsi, “Aşağı emissiyalı inkişaf strategiyası”nın hazırlanması və İşğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması ilə əlaqədar müvafiq tapşırıqlar vermiş, bu sahədə məlumatlandırılmanın artırılması üçün təşviqat və təbliğat işlərinin genişləndirilməsinin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırmışdır.


OXŞAR XƏBƏRLƏR

Bakıda "Qalatasaray"a görə kütləvi dava düşdü - SAXLANILANLAR VAR

Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.    Sfera.az bu barədə report-a istinadən xəbər verir.   Hadisə şahidlərinin verdiy...

“Qalatasaray” səfərdə “Fənərbaxça”nı məğlub etdi

Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.   Sfera.az xəbər verir ki, “Fənərbaxça” doğma azarkeşləri önündə &ldq...

Elza verilişdə yıxıldı -ANBAAN VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu proqramda yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə sənətçinin iştirak etdiyi “Səhnə” adlı y...

Kürdəmirdəki ağır mikroavtobus qəzası ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.   TƏBİB-d...

Əhaliyə PİS XƏBƏR: Bu məhsul KƏSKİN BAHALAŞDI

Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.   Satıcıların sözlərinə görə, qiy...

Gimnastlarımız Portuqaliyada daha bir qızıl medal qazandılar -FOTO

Azərbaycan gimnastları Murad Rəfiyev və Daniel Abbasov Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qı...