İranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ƏLƏ KEÇDİ

İranlıdan nisyə götürdüyü narkotiki satmaq istəyən şəxs ƏLƏ KEÇDİ

Goranboyda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Elçin Əliyev saxlanılıb. Polis şöbəsində saxlanılan şəxsin üzərinə baxış keçirilən zamanı narkotik maddə olan heroin və metamfetamin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində  E.Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan ümumi çəkisi  2 kq  45 qram heroin aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun narkotik maddəni İran vətəndaşından aldığı müəyyən olunub.

 

Dindirilmə zamanı E.Əliyev ifadəsində narkotiki İran vətəndaşından aldığını və pulunu narkotik vasitəni satdıqdan sonra ödəməli olduğunu bildirib. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bununla da Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15 əməliyyat-axtarış tədbiri baş tutaraq ümumilikdə 4 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb ki, bunun da 2 kq-nı güclü təsiredici narkotik maddə təşkil edir.


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...