Qaz sobası partladı - Xəsarət alan var

Hadisə
19:26 / 07.03.2023
14935
Qəbələdə qaz sobası partlayıb, 11 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Ərziman Hüseynov küçəsində baş verib. Həmin evdə yaşayan 2012-ci il təvəllüdlü Ustakişiyev Tunar Toğrul oğlu yaşadığı evdə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticəsində azyaşlı üz nahiyyəsindən və iki əlindən yanıq xəsarətləri alıb.
Yeniyetmə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Unikal.az