Şəmkirdə “Mercedes” aşdı: Xəsarət alanlar var

Hadisə
20:59 / 05.03.2023
35240
Şəmkir rayon Çinarlı qəsəbəsində “Mercedes” markalı avtomobil aşıb, xəsarət alanlar var.
Sfera.az report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı, 1976-cı il təvəllüdlü Ayaz Orucov, 1983-cü il təvəllüdlü Dünyaxanım Orucova və Gültəkin adında gənc qız müxtəlif bədən xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.