Yeni nazir müavini kimdir? - DOSYE

Yeni nazir müavini kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub.

 

Sfera.az-ın məlumatına görə, U.Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi.

 

O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 - ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb.

 

22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

 

Ailəlidir, 1 övladı var.


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...