Prokurorluq Binəqədidə baş vermiş partlayışla bağlı açıqlama yayıb
Cəmiyyət
16:16 / 04.03.2023
47673
Bu gün Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda araşdırma aparılır.
Binəqədi rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.