Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Martın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.


OXŞAR XƏBƏRLƏR