Gözəllikləri və ehtirasları uğrunda ölən məşhurlar KİMLƏRDİR?

Gözəllikləri və ehtirasları uğrunda ölən məşhurlar KİMLƏRDİR?

VIII Henridən bu günə qədər bir çox məşhur insanlar yalnız öz gözəllik və dəbdəbə xətrinə demək olar ki, həyatlarından imtina ediblər...


Sfera.az bunlardan bəzilərini sizə təqdim edir.


30 yaşlı influencer Joselyn Cano saçları və bədən quruluşu ilə tam olaraq Kim Kardaşyana bənzəyib. 13 milyon izləyicisi olan Joselyn Cano "Meksikalı Kim Kardaşyan" kimi tanınıb.


Kim Kardaşyanın ifrat gözəllik standartlarına uyğun gəlməyə çalışan Cano bir çox plastik əməliyyatlar da etdirib.

Butt Lift əməliyyatı üçün Kolumbiyada bir plastik cərrah ilə görüşən Cano, belindən və ya qarnından alınan yağın ombasına köçürülməsini istəyir. Əməliyyata qərar verir, lakin bu qərar dəhşətli şəkildə bitir. Cano keçirdiyi əməliyyatın ağırlaşması səbəbindən 7 dekabr 2020-ci ildə dünyasını dəyişir.
Canonun şəkillərinə baxanda fikirləşirsən ki, iki uşaq anası və çox gözəl bir qadına belə riskli prosedurlar niyə lazım idi, elə deyilmi?

Dünyada hər gün dəyişən gözəllik standartları təəssüf ki, insanları belə bir yola sürükləyir.Qadınlar gözəl olsalar da, dəyişən gözəllik standartlarına görə özlərini çox vaxt etibarsız hiss edir və bu əməliyyatlara müraciət edirlər. Araşdırmalar göstərir ki, onsuz da əməliyyat olmadan gözəl olan insanlar öz gözəlliyinə digər insanlara nisbətən daha çox önəm verir və əməliyyata meyllidirlər. Təəssüf ki, onların çoxu həyatları ilə daha gözəl olmaq istəklərinin bədəlini ödəyir. Gəlin daha da gözəl olmaq uğrunda həyatını itirən digər məşhur adlara nəzər salaq...


Diane de Puitiers - Nəmləndiricidən ölüb.

Heç vaxt qocalmayan “fransız məşuqəsi” kimi tanınan Diana de Potitiersin sevgilisi Kral II Henri idi. Henridən iyirmi yaş böyük olmasına baxmayaraq, bütün sarayda dərisinin gözəlliyi ilə tanınırdı.

Bəs onun sirri nə idi?



2008-ci ildə fransız tədqiqatçılar məşhur məşuqənin qalıqlarını qazıb və saçlarında qızıl izləri aşkar ediblər. İntibah dövründə qızıl içmək adi hal idi. O zaman insanlar qızılın günəşin gücündən istifadə etdiyinə və onları əbədi olaraq cavan saxladığına inanırdılar, lakin bu, Diana de Potitiersin ölümünə səbəb olmuşdu.Dian ölməzdən əvvəl onun saçları seyrəlmişdi, sümükləri yeyilmişdi. Çünki o, qızıl içirdi. Diane həm də qızılla qarışan civəyə görə açıq dərili idi və bu onun üzünü daha solğun edirdi. Bu gün nəmləndiricilərə qızıl nanohissəciklər əlavə olunur və hətta spalar 1000 dollara başa gələn qızıl üz baxımları edir. Qızıl nanohissəcikləri nəmləndirici və ya üz üçün istifadə üçün təhlükəsiz olsa da, Dianada olduğu kimi qızıl içmək ölümcül ola bilər.



VIII Henri - Ayaq yarasını gizlətməyə çalışarkən öldü.



VIII Henri uşaqlıqda çox idman xarakterinə malik idi və o dövrdə atletik və formada olan ayaqları ilə tanınırdı. Ona 36 yaşında ayağında xora diaqnozu qoyulub və təəssüf ki, ömrü boyu ağrılardan əziyyət çəkib. 45 yaşında onun ayağı döyüş zamanı tam zirehli at tərəfindən əzilib. Dizdə yaxşılaşan, lakin sonradan təkrar yoluxmuş ağrılı xora əmələ gəlib. Henri ayağındakı xoralardan o qədər əziyyət çəkirdi ki, o, qan dövranını maneə törədən və ayağını sıxan kompression corab geyinirdi. Bu corabın yuxarı hissəsi kəmər kimi kifayət qədər sıx idi və Henrinqan dövranı çatışmazlığından öldü. Henri həm də II tip diabet, piylənmə, hipertoniya, pis kəllə-beyin travması və ürək çatışmazlığından əziyyət çəkirdi.
 

Mariya Koventri, Koventri qrafinyası - Makiyajdan öldü.
 

O, dövrünün məşhur London gözəli idi. Mariya və bacısı o qədər gözəl idilər ki, Hayd Parkda rahat gəzə bilmirdilər. Ancaq Mariya həmişə öz gözəlliyinə heyran olub. Bugünkü gözəllik standartları sərtdir, lakin 18-ci əsrdə vəziyyət daha da pis idi. Qadınların qüsursuz dəriyə sahib olması gözlənilirdi. İyirmi yaşlarında olan Mariya üzündəki ən kiçik ləkə ilə belə həyatını cəhənnəmə çevirirdi. O, dərisindəki ləkələri örtmək üçün həddindən artıq dozada konsiler istifadə etməli olub. Mariya o qədər makiyaj edirdi ki, qurğuşun zəhərlənməsindən 27 yaşında öldü.


Meri Amelia Cəlil - Saç düzümünə görə ölüb.


Qeyri-adi bir həyat yaşayan insanlar çox vaxt hamıdan fərqli şəkildə ölürlər. Məryəm Amelia Celilin də vəziyyəti belə idi. Lələklərlə bəzədilmiş metr uzunluğunda saç düzümlərini sevən moda ustası Celilin son saç düzümü onun ölümünə səbəb olub. 1835-ci ildə Hatfilddəki evində olarkən onun uzun və ekstravaqant saç düzümü təsadüfən çilçıraqdan alov alıb və o, təəssüf ki, bundan ölüb.


Məşhur amerikalı rəqqasə İsadora Dunkan - Boynundakı yaylıq üzündən ölüb.


İsadora Duncan deyiləndə ilk ağlına gələn onun boynuna bağladığı şalın ölümünə səbəb olmasıdır. Duncanın yaylığı aksesuardan daha çox idi. O, açıq münasibətlərinin simvolu olan qırmızı şərfdə səhnədə rəqs edir və kommunist meyllərini göstərirdi. 14 sentyabr 1927-ci ildə yaylıq sürdüyü kabrioletin arxa qapaqlarına ilişib və nəticədə o, boğularaq ölüb.
 

Boston Corbett - Şapkaya görə öldü.


 

John Wilkes Bootheni güllələyib öldürməsi ilə tanınan Korbett cinsi istəklərinə nəzarət etmək üçün özünü qayçı ilə axtalayan kişidir. Açığı, kişinin öz cinsi orqanını öz istəyi ilə kəsməsinə inanmaq çətindir, lakin tədqiqatçılar bunu bir sıra səbəblərlə əlaqələndirirlər. Korbett papaq fabrikində papaq ustası işləyirdi. 18-19-cu əsrlərdə bu papaqları taxmaq zənginlik əlaməti idi. Papaqlar hazırlayarkən xəzi keçəyə çevirmək üçün civə nitratı ilə doyururdular. Bu səbəbdən Korbetdə civə zəhərlənməsi aşkar edilib. Civə ilə zəhərlənmə titrəməyə, nitqin pozulmasına, emosional qeyri-sabitliyə və hallüsinasiyalara səbəb olur. Bu səbəbdən cinsi orqanını kəsən Boston Korbet dünyasını dəyişib.

 

Makedoniyalı İsgəndərin ordusu – Saqqallarından tutub öldürüldülər.
 

Rəvayətə görə, farslar Makedoniyalı İskəndərin ordusuna hücum əvvəl uzun saqqallarından tutub, asanlıqla başlarını kəsiblər. Bunun ordusu üçün əlverişsiz olduğunu düşünən İskəndər əsgərlərinə saqqallarını qırxmağı əmr edib.
 

Napoleon Bonapart - evindəki divar kağızı rənginə görə ölüb.


Fransız əsgəri, siyasətçisi və bir müddət fransızların İmperatoru olan Napoleon əzəmətə yad deyildi. Onun sevimli rənglərindən biri Scheele'nin yaşılı (heç vaxt solmayan sıx zümrüd yaşılı) idi. Rəngi ​​o qədər sevirdi ki, bu rəng onun Helenadakı evinin divar kağızı idi. Scheele yaşıl yalnız divar kağızı deyil, həm də pərdələr, kilimlər, geyimlər və hətta uşaq oyuncaqlarında istifadə edilmişdir. Təəssüf ki, Napoleonun dəbdəbəyə olan həvəsi onu ölümə sürükləyirdi. Xüsusilə vanna otağında olan bu yaşıl rəngli divar kağızı rütubətdən kiflənmiş və kiflə birlikdə tərkibində arsen olan zəhərə çevrilmişdi. Aylarla bu havanı daimi udmaq onun ölümü ilə nəticələnib. Napoleonun ölümündən sonra saç nümunələrini araşdıran tədqiqatçılar zaman keçdikcə artan arsenik miqdarını aşkar ediblər.


Aqnes Sorel - Kosmetik zəhərlənmədən dünyasını dəyişib.



Kralların məşuqələri tez-tez vaxtsız sonlara sahib olurlar. Agnes Sorel qızılı saçlı, iri mavi gözlü və açıq dərili bir qadın idi. Çarlz ona ilk baxışdan aşiq oldu və Aqnes ona üç övlad verib. Dördüncü uşağına hamilə olanda vaxtından əvvəl doğuş başlayıb, lakin Sorel doğuşa az qalmış ölüb. Tədqiqatçılar qrupu 2005-ci ildə Sorelin qalıqlarını qazaraq baş, qoltuqaltı və qasıq nahiyəsindəki tükləri araşdıraraq çox qəribə həddindən artıq dozada civə aşkar etmişlər.Bu günə qədər aparılan araşdırmalarda Sorelin civə zəhərlənməsindən öldüyünə dair şayiələr belə yayılmayıb. Bu qədər civənin bədəninə necə daxil olduğu araşdırılarkən onun istifadə etdiyi kosmetik məhsullardan aldığı qərara alınıb.


Bu günün ifrat gözəllik standartları tez-tez qadınları heyran etsə də, kişiləri bədənləri üçün çox təhlükəli materiallardan istifadə etməyə təşviq edir.


Bu gün də gözəllik naminə istifadə edilən bir çox məhsul minlərlə insanın ölümünə səbəb olur. İnanmaq çətindir, amma Johnson &Baby-nin uşaq pudrasında xərçəngə səbəb olan tərkib hissəsinin istifadəsinə icazə verdiyi üçün 20.000 məhkəmə iddiası var. J&B də tozunu qadınlara da satıb və minlərlə qadın bu məhsula görə yumurtalıq xərçəngindən ölüb. İstər təhlükəli əməliyyatlar olsun, istərsə də gözəllik məhsulları, onların heç biri öz həyatımızı təhlükəyə atacaq qədər əhəmiyyətli olmamalıdır.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR