Kraldan Harri-Meqan cütlüyünə zərbə: Evləri əllərindən alınır - FOTO

Kraldan Harri-Meqan cütlüyünə zərbə: Evləri əllərindən alınır - FOTO

Britaniya kral ailəsindəki rəsmi vəzifələrini tərk edən Sasseks hersoqu Harri və həyat yoldaşı, hersoginya Meqan Markl gözlənilməz tələblə üzləşiblər. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, onların kral ailəsinin Vindzordakı ərazidə yerləşən evlərini boşaltmaları tələb edilib.

 

Cütlüyün İngiltərədə sahib olduğu yeganə ev olan "Frogmore Cottage" sentyabr ayında vəfat edən kraliça II Elizabet tərəfindən 2018-ci ildə onlara toy hədiyyəsi olaraq verilmişdi. Cütlük oraya köçməzdən əvvəl evi təmir etmək üçün təxminən 2,4 milyard funt sterlinq xərclənilmişdi. 


Britaniyanın “The Sun” və “The Daily Telegraph” qəzetlərində dərc olunan xəbərlərə görə, Harri və Meqandan mülkü boşaltmaları tələb edilib. Bu, şahzadənin "Spare" (“Ehtiyat”) adlı memuarının yanvar ayında dərc olunmasından bir neçə gün sonra baş verib.


Məlumata görə, kral III Çarlz evi qardaşı şahzadə Endryuya verəcək. Endryu cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynlə dostluğuna görə vəzifələrindən imtina etmək məcburiyyətində qalmışdı. İxtisarların tərəfdarı olan kral qalmaqalları ilə yadda qalan şahzadə Endryudan ildə 250 min funt sterlinq kəsməyi planlaşdırır. Bu baş verərsə, şahzadə Endryu yüksək xərclərinə görə eyni ərazidə yerləşən 30 otaqlı “Royal Lodge” malikanəsindən ayrılmalı olacaq. Odur ki, Harri ilə Meqanın əlindən alınan evin ona təklif olunacağı ehtimal olunur.

 

Xatırladaq ki, Harri və Meqan 2020-ci ildə kral ailəsindən hadisəli şəkildə ayrıldıqdan sonra Kaliforniyaya köçüb. O vaxtdan bəri Opra Uinfri ilə müsahibədən tutmuş “Netflix”də yayımlanan sənədli filmə qədər bir sıra layihələrdə iştirak edən cütlük Britaniya kral ailəsinin üzvləri kimi başlarına gələnlərdən şikayətlərini tez-tez dilə gətiriblər. Harrinin xatirələrindən ibarət "Spare" kitabı satış rekordları qırıb. Lakin kitab çıxandan sonra cütlüyün populyarlığının kəskin şəkildə azaldığı müşahidə edilir. 

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR