Məşhur seysmoloqdan dəhşətli zəlzələ proqnozu – Dəqiq tarix və ölkə adları çəkdi

Məşhur seysmoloqdan dəhşətli zəlzələ proqnozu – Dəqiq tarix və ölkə adları çəkdi

Məşhur seysmoloq, astronom Frenk Huqerbits daha bir qorxulu proqnoz verib.

 

Sfera.az bildirir ki, o, bu barədə “Solar System Geometry Survey” adlı  “Youtube” kanalında danışıb. Belə ki, Frenk yeni təkanların olacağını və bunun mart ayına təsadüf edəcəyini deyib.

 

O, qeyd edib ki, planetin 12 bölgəsi, o cümlədən Yaponiyanın cənub hissəsi, Portuqaliya, Yunanıstan, İndoneziya, Pakistan, Şimali Amerikanın bir hissəsi və Rusiya bu təkanlara məruz qalacaq: “3, 4, 6 və ya 7 mart tarixlərində  bütün dünyanın 8,5 və daha yüksək bal gücündə meqazəlzələ ilə silkələnməsi gözlənilir”.

 

Frenk Huqerbits vurğulayıb ki, zəlzələyə meyilli bölgələrdə bina çıxışları açıq olmalıdır.

 

“Yalnız bu yolla xilas olmaq mümkündür”, deyə o əlavə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR