İspan mətbuatı Azərbaycan reallıqlarına geniş yer verdi - VİDEO

İspan mətbuatı Azərbaycan reallıqlarına geniş yer verdi - VİDEO

Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov İspaniyanın aparıcı televiziyalardan biri olan "Tinku TV" yə və Xocalı faciəsi ilə bağlı İspaniyanın tanınmış "El Mundo Financiero" mediasına müsahibələr verib. 

 

Sfera.az xəbər verir ki, müsahibələrdə 1992-ci ilin yanvar ayından etibarən Xocalıda yaşananlar barədə ətraflı məlumat verilib.

 

"1992-ci ilin yanvar ayından elektrik təchizatı da kəsilmişdi. Şəhər ancaq əhali­nin cəsurluğu və müdafiəçilərin qəhrəmanlığı sayəsində yaşayırdı. Ermənilər tərəfindən hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi. 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəli gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi və onlardan 76 nəfəri uşaq idi. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq - öldürüldü" - Qurbanov bildirib.

 

Mahir Qurbanov Azərbaycanın 30 il ərzində erməni işğalı altında olmuş torpaqlarını azad etməsi barədə də danışıb. Azərbaycanın regionun güclü ölkəsi olduğundan və hər zaman sülh prinsipləri əsasında həyata keçirdiyi siyasətdən bəhs edib.

 

Müsahibədə eyni zamanda İspaniya - Azərbaycan əlaqələri haqqında da fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR