Nazir 8 Mart hədiyyələrindən danışdı

Nazir 8 Mart hədiyyələrindən danışdı

Elm və təhsil naziri Emin Əmrullayev “8 Mart” ərəfəsində məktəblərdə müəllimlər üçün hədiyyələrin yığılması ilə bağlı sualı cavablandırıb. 

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı nazir bu gün keçirdiyi brifinqdə danışıb.

 

O qeyd edib ki, 8 Mart tarixində müəllimlərə pul yığılıb verilməsi pedaqoji dəyərlərimizə uyğun deyil: “Təəssüf ki, belə davranışlara yol verilir. Bir çox hallarda bunun təşəbbüskarı müəllimlər deyil, valideyn qrupları olur. Bu, davranış problemidir. Valideynlər özlərində cəsarət tapıb müəllimə rüşvət formasında hədiyyə etməkdən imtina etməlidir. 

 

Müəllimləri xoş sözlərlə, maddi dəyəri böyük olmayan, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Müəllimləri bu cür təbrik etməkdə pis heç nə yoxdur. Nazirliyin qaynar xətti fəaliyyət göstərir. Hansısa xoşagəlmız hallar olarsa, həmin qaynar xəttə müraciət etsinlər”.


OXŞAR XƏBƏRLƏR

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçir...

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - ADLAR

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Bu barədə Sfera.az-a D...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...