İlham Əliyev BƏƏ liderinə zəng etdi


İlham Əliyev BƏƏ liderinə zəng etdi

Mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.

 

Sfera.az xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları əlaqələrimizin inkişafından məmnunluqlarını bildirib, xüsusilə iki ölkə arasında yüksəksəviyyəli qarşılıqlı səfərləri və iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi məsələlərini vurğulayıblar.

 

Prezident İlham Əliyev dünən Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdiyini xatırladaraq, aparılan səmərəli müzakirələrə toxunub.

 

Telefon söhbəti zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlıq etdikləri və bir-birini daim dəstəklədikləri məmnunluqla vurğulanıb, əlaqələrimizin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...

"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.    Sfera.az rus mediasına i...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.   Sfera.az xəbər verir ki, Əbu-Dabi...