Azərbaycanda ən çox mal-qara hansı rayon və şəhərdə saxlanılır? - STATİSTİKA

Azərbaycanda ən çox mal-qara hansı rayon və şəhərdə saxlanılır? - STATİSTİKA

Azərbaycanın bütün şəhər və rayonlarında iri və xırda buynuzlu mal-qara saxlanılır. Amma bəzi rayonlar mal-qara sayına görə digərlərindən kəskin fərqlənir. 


Sfera.az xəbər verir ki, 2022-ci ilin sonunda ölkəmizdə 2,628 milyon baş iribuynuzlu, 7,77 milyon baş xırdabuynuzlu mal-qara var. 


İribuynuzlu mal-qaranın 2,52 milyon başı inək, 129 mini camış naxırına aid olan heyvanlardan, xırdabuynuzluların isə 7,77 milyonu qoyun və keçilərdən ibarətdir. 


Azərbaycanda ən çox iribuynuzlu heyvan Sabirabadda saxlanılır. Bu rayonda 124 min iribuynuzlu heyvan var. Bərdədə 100 min, İmişlidə 96,5 min, Cəlilabadda 91 min iribuynuzlu mal-qara bəslənir. 


Azərbaycanın ən böyük heyvan bazarlarından birinin yerləşdiyi Beyləqan rayonunda cəmi 60 min iribuynuzlu saxlanılır. 


Ölkəmizdə ən az iribuynuzlu heyvan saxlanılan rayon və şəhərlər isə Naftalar şəhəri (527 baş) və Gəncə şəhəridir (850 baş). Paytaxt Bakıda 7 306 baş iribuynuzlu mal-qara bəslənir. 


Qoyun və keçi sayında da Aran rayonları öndədir. Beyləqan rayonunda 303,4 min baş, Şəmkir rayonunda 265 min baş, İmişli rayonunda 256,5 min baş, Ağcəbədi rayonunda 256 min baş, Quba rayonunda 236 min baş, Sabirabad rayonunda 235 min baş qoyun və keçi saxlanılır. 


Ən az qoyun və keçi saxlanılan yaşayış məntəqəsi isə Gəncə (1320 baş) və Naftalan şəhərləridir (2400 baş). Bakıda 20 449 baş qoyun və keçi saxlanılır. 


Qeyd edək ki, Azərbaycan özünü mal əti ilə 92 faiz, qoyun və keçi əti ilə 98 faiz təmin edir. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...