“Təl-Əviv Tehranla toqquşmaya hazırlaşır, Bakı isə..” – ŞƏRH

“Təl-Əviv Tehranla toqquşmaya hazırlaşır, Bakı isə..” – ŞƏRH

İsrail və Fələstin nümayəndə heyətləri ötən gün İordaniyanın Aqaba şəhərində bir araya gəlib. Görüşdə ABŞ, İordaniya, Misir nümayəndələri də iştirak edib. Tərəflər keçirilən danışıqlarda etimadı bərpa etmək və yaranan problemləri dialoq yolu ilə həll etmək üçün tədbirlər görməyə razılaşıblar.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Turan Rzayev deyib ki,  sözügedən görüş indiki məqamda vacibdir:

 

“Görüşdə ABŞ, İordaniya və Misir nümayəndələrinin iştirak etməsi onu deməyə əsas verir ki, tərəflər arasında Aqaba görüşünün ardı olacaq və bu tipli görüşlər bundan sonra da davam edəcək. Hələlik yekun sülhdən danışmaq üçün tez olsa da, verilən qərarlar sülhə yönəlikdir və effekti olacağı gözlənilir. İndiki məqamda İsrail-Fələstin arasında sülhün əldə edilməsi həm Təl-Əviv, həm də Vaşinqton üçün olduqca vacibdir. Məsələ ondadır ki, İran hazırda nüvə silahı əldə etməyə çox yaxındır və bu fakt öz növbəsində İsrail-İran toqquşmasının qaçılmaz olduğu deməyə əsas verir”.

 

Ekspert bildirib ki,  rəsmi Tehran indiki məqamda İsrailə Livan və Fələstin üzərindən zərbələr vura bilər:

 

“Vaşinqton və Təl-Əviv bunun qarşısını almaq üçün Fələstinlə müvəqqəti sülhün əldə edilməsində qərarlıdır və bunun effektiv olması üçün Misir və İordaniyanın da vasitəçiliyini irəli sürürlər. Aydın məsələdir ki, İranın nüvə silahını əldə edə bilməsi Yaxın Şərqdə kartların yenidən paylanmasına səbəb olacaq. Məsələ ondadır ki, ABŞ regionda təkcə tərəfdaşı olan İsrailin nüvə silahına malik olmasını istəyir. Bu silahın İranda olması Vaşinqtonun özü üçün də əlavə risklər deməkdir. Digər tərəfdən, ABŞ yaxşı bilir ki, İranın nüvə silahına sahib olması regionda nüvə yarışı başladacaq. Misal üçün, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ölkələr də nüvə silahı əldə etmək istəyəcək. Lakin Vaşinqtonun ehtimal İsrail-İran müharibəsində Təl-Əvivə birbaşa dəstək verəcəyi, müharibədə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil”.

 

T.Rzayev həmçinin qeyd edib ki, ABŞ belə bir müharibə olacağı təqdirdə birbaşa olmasa da, dolayı yolla İsrailə dəstək verəcək:

 

“İsrail və Fələstin nümayəndə heyətlərinin bazar günü Aqaba şəhərində bir araya gəldiyi zaman Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsraildə səfərdə olması diqqət çəkir. Bakı proseslərin mərkəzində olmasa da, kənar oyunçu kimi iştirak edir. Azərbaycan İsrail və Fələstin arasında uğurlu balans siyasəti aparır və hər iki tərəflə də isti münasibətləri var. Yəni Aqaba görüşündə İordaniya, ABŞ, Misir nümayəndələrinin iştirak etməsi onların birbaşa aktorlar olduğunu göstərir. Bakı isə proseslərin ikili görüşlər qanadını təşkil edir. Prezidentin köməkçisi Şahmar Mövsümov ilə yanaşı, kənd təsərrüfatı naziri İnam Kərimovun da İsraildə olması Bakının proseslərdəki yerini kamuflyaj etməsidir. Bunu həm də Tehranın ehtimal narazılığını bloklamağa hesablanan addım kimi qiymətləndirmək olar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...