Azərbaycan boksçuları beynəlxalq turnirdə 18 medal qazanıblar

Azərbaycan boksçuları beynəlxalq turnirdə 18 medal qazanıblar

Azərbaycanın gənc və yeniyetmə oğlan boksçuları Rumıniyanın Arad şəhərində keçirilmiş beynəlxalq turnirdə 18 medal qazanıblar.

 

Federasiyadan Sfera.az-a verilən məlumata görə, bunlardan 7-si qızıl, 3-ü gümüş, 8-i bürünc əyarlıdır.

 

Bu medallardan 11-nə yeniyetmə boksçular sahib olub. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Digər 5 finalçının rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də Azərbaycan idmançıları qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə ilə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.

 

Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.

 

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.

 

Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb.

 

Beləliklə, yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.


OXŞAR XƏBƏRLƏR

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...

Generalın yerinə o gətirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.    Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovni...