Sergey Lavrovun Bakı səfərindən gözləntilər – Niyə gəlir?

Sergey Lavrovun Bakı səfərindən gözləntilər – Niyə gəlir?

Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcəyi bildirilir.

 

Maraqlıdır, tərəflər arasında hansı məsələlərlə bağlı razılıq əldə edə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov Ermənistanın son dövrlərdə bəzi ölkələri Qafqazdakı proseslərə cəlb etməsinin Rusiya tərəfindən mənfi qarşılandığını bildirib:

 

“Ermənistanın yürütdüyü siyasət kənar güclərin Qafqaza yolunu açır. Yeni risklərin işartısı görünür. Azərbaycanın sülh danışıqları üçün çağırış etməsinə baxmayaraq, Ermənistan sanki bunu görmür və Makron, eləcə də onun kimi digərlərinə Qafqazda meydan verir. Bu isə Azərbaycan-Rusiya əlaqələrində təkana çevrilir. Düzdür, bəzən rəsmi Bakı və Moskva arasında da anlaşılmazlıqlar olur, lakin qonşuluq siyasətində, tərəfdaşlıqda bu, olan işdir. Görüş və məsləhətləşmələr də ziddiyətlərin aradan qaldırılması, aydın atmosferin yaranması üçün önəmlidir. Hesab edirəm ki, Lavrovun Azərbaycanla bağlı ilginc açıqlamaları Rusiyanın Azərbaycana qarşı nə dərəcədə ciddi  tərəfdaş kimi baxmasından xəbər verir”.

 

Ekspert tərəflərin görüşündə Şimal-Cənub dəhlizi məsələsinin, Qərb dövlətlərinə qarşı birgə fəaliyyət imkanlarının müzakirə ediləcəyini qeyd edib:

 

“Görüşdə müzakirə ediləcək məsələlərdən biri kommunikasiya vasitələrinin maneəsiz şəkildə işləməsi ilə bağlıdır. Bu baxımdan Rusiyanın Azərbaycandan böyük gözləntiləri var, çünki Azərbaycan öz tərəfdarlarını eşidən, zamanın çağırışlarını tuta bilən tərəfdir. Rusiya Azərbaycanla əlaqələri sıxlaşdırmaqla bölgədə gözlənilməz dəyişikliklərin qarşısını almağa çalışır. Azərbaycanla Rusiyanın gündəmində olan digər məsələ Şimal-Cənub dəhlizidir ki, onun da bir hissəsi İranın üzərinə düşür. İran tərəfi bu məsələdə ləng tərpənir, aydın münasibət sərgiləmir. Ukrayna müharibəsi çərçivəsində Rusiya-İran münasibətlərində olan dönüş bu məsələdə Rusiyanın üzərinə böyük öhdəlik qoyur. Bundan əlavə Qərbin Cənubi Qafqazdakı proseslərə yersiz müdaxiləsi Rusiya və Azərbaycanın bu xüsusuda səylərini birləşdirə bilər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...