Ramil Şeydayevdən sonra daha bir futbolçu \"Qarabağ\"dan ayrılır

Ramil Şeydayevdən sonra daha bir futbolçu \

Cari mövsümün sonunda "Qarabağ"ı tərk edəcək daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

 

Sfera.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, "köhlən atlar"la olan anlaşmasının müddəti yayda başa çatacaq Filip Ozobiçlə yeni müqavilə imzalanmayacaq.

 

Azərbaycan millisinin də üzvü olan 31 yaşlı Ozobiç heyətə düşə bilmədiyinin fərqindədir və karyerasını daha çox oynaya biləcəyi klubda davam etdirməkdə maraqlıdır.  Ağdam klubunun idarəçiləri indilik Filipə "özünə yeni iş yeri tap" deməsələr də, futbolçuya yeni müqavilə təklif edilməməsi faktdır.

 

Qeyd edək ki, Azərbaycan yığmasının digər üzvü Ramil Şeydayevin də "Qarabağ"dakı taleyi qeyri-müəyyəndir. Yayda azad agent statusu daşıyacaq Ramil "köhlən atlar"ın yeni anlaşma təklifini cavabsız qoyub.


OXŞAR XƏBƏRLƏR

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi- Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...

Generalın yerinə o gətirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinə rəis əvəzi təyin edilib.    Sfera.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovni...