İpoteka kreditləri 3 milyard manatı ötdü

İpoteka kreditləri 3 milyard manatı ötdü

Son bir ildə Azərbaycanda verilən ipoteka kreditlərinin həcmi 600 milyon manat artaraq 3 milyard manatı ötüb.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin yanvarın sonunda əhalinin ipoteka kreditləri üzrə borcu 2,418 milyard manat idi. Bu ilin fevralın 1-də ipoteka kreditləri üzrə borcun məbləği 3,012 milyard manata yüksəlib.

 

Bir il ərzində ipoteka kreditlərinin həcmi 25 faiz artıb. Bankların kredit portfelində ipoteka kreditlərinin də payı artır. Bir il əvvəl banklara olan hər 100 manat kredit borcunun 14 manatı ipoteka müqavilələri üzrə idi. Bu il isə ipoteka kreditlərinin payı 15 faizi ötüb. Əhalinin aldığı kreditlərdə isə ipoteka kreditlərinin payı bir qədər azalıb.

 

Bir il öncə ev təsərrüfatlarının kredit borcu 8,948 milyard manat idi. Bu qədər kreditin 27 faizini ipoteka kreditləri təşkil edirdi. 2023-cü ilin fevralın 1-də ev təsərrüfatlarının kredit borcu 11,407 milyard manata yüksəlib ki, bunun da 26,4 faizi ipoteka kreditləri olub. İpoteka kreditlərinin həcminin sürətlə artması kredit götürmək imkanlarının yaxşılaşması ilə bağlıdır. Əvvəlki illərdən fərqli olaraq son illərdə muzdla çalışanların nominal əməkhaqqında ciddi artım baş verib. Nominal əməkhaqqının xeyli artması ipoteka krediti alınması imkanlarını yaxşılaşdırıb. Bununla bərabər ipoteka kreditləri üzrə borcların vaxtında qaytarılması da bankların bu növ kreditlərə üstünlük verməyə sövq edib. İpoteka kreditlərindəki artıma təsir göstərən digər səbəb İpoteka və Kredit Zəmanət Fondunda vəsaitlərin həcminin artmasıdır. Fond indi əvvəlki illərlə müqayisədə daha çox kredit vermək imkanına sahibdir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...

IX sinif buraxılış imtahanlarının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 20-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az Dövlət İm...

“SOCAR” və “Gunvor” İtaliyanın nəhəng neft şirkətini almağa hazırlaşır: 3 milyard avroluq saziş gündəmdə

Qlobal əmtəə treyderi “Gunvor” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın neft emalı şirkəti "İtaliana Petroli”ni almaq uğrunda...

Araz Musayevi bıçaqlayan milli komandamızın baş məşqçisi həbs edildi

Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.   Sfera.az xə...