Rabitəbankdan qardaş Türkiyəyə dəstək!

Rabitəbankdan qardaş Türkiyəyə dəstək!

Rabitəbank qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə humanitar yardım məqsədilə 1.100.000 TL ianə edib. Qeyd edilən vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

 

Rabitəbank rəhbərliyi humanitar yardımın zərərçəkmişlərə dəstək məqsədi ilə olduğunu dilə gətirərək: “Rabitəbank ailəsi adından son illərin ən dəhşətli faciəsini yaşayan qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir, hər zaman yanlarında olacağımızı bildirmək istəyirik” - deyə əlavə edib.

 

Qeyd edək ki, bir müddət öncə Rabitəbank mobil tətbiqi “Rabita Mobile” üzərindən Türkiyəyə yardım məqsədi ilə edilən ianələrdən də köçürmə zamanı heç bir komissiya tutulmayacağını açıqlamışdı.

 

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqəda...

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən S...

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".   Sfera.az xəbər verir ki, ...

Rusiya prezidenti: “Ukrayna ilə barışıq qaçılmazdır”

“Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ross...

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, b...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində...

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.   Proqnozlara əsasən, bu hadisələr mayın müxt...