“Holdinqlər kralı”na məxsus 11 şirkət LƏĞV OLUNUR - FOTO

“Holdinqlər kralı”na məxsus 11 şirkət LƏĞV OLUNUR - FOTO

Azərbaycanda 11 şirkət ləğv olunaraq "Azərtac Holding” MMC adlı şirkətə qoşulur.

 

Sfera.az xəbər verir ki, "Azərtac Holding” MMC və ləğv olunan 11 şirkət eyni hüquqi ünvanda - Sumqayıt şəhəri, Corat ŞTQ, Niyazi küçəsi, ev 187A-da yerləşir. Şirkətlərin qanuni təmsliçiləri də eyni şəxsdir – Məmmədov Fəxrəddin Abuzər oğlu.

 

Onu da bildirək ki, 2019-cu ildə də 11 şirkət ləğv olunaraq "Fatih Holding” MMC adlı şirkətə qoşulub. O zaman da ləğv olunan şirkətlərin qanuni təmsilçisi Məmmədov Fəxrəddin Abuzər oğlu olub və bu şirkətlər də eyni ünvanda yerləşiblər.

 

Qeyd edək ki, mövcud qanunvericiliyə görə "beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər” riskli vergi ödəyicisi hesab olunurlar.

 

Lakin maraqlıdır ki, onlarla şirkətin qanuni təmsilçisinin (icra orqanının rəhbəri) eyni şəxs olmasına baxmayaraq bu şirkətlər müxtəlif dövlət qurumlarının keçirdiyi onlarla tenderin qalibi olublar.

 

Məsələn, Məmmədov Fəxrəddin Abuzər oğlunun rəhbərlik etdiyi "Fatih Holding” MMC ötən il "HİDROTEX"  MMC-nin Ceyranbatan su anbarının cənub hissəsində cari təmir işlərinin görülməsiylə bağlı keçirdiyi 43 min 757 manatlıq tenderin qalibi olub. Bundan başqa "Fatih Holding” ötən il AMEA-nın, "Sabunçu Tibb Mərkəzi”nin, Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının keçirdiyi tenderlərdə də qalib olmağı bacarıb.

 

Məmmədov Fəxrəddin Abuzər oğlunun rəhbərlik etdiyi şirkətlərdən bəziləri bunlardır:

 

 

Ləğv olunaraq "Azərtac Holding” MMC-yə birləşən şirkətlərin siyahısı:

 "ÜMMAN HOLDİNG" (VÖEN - 2902949811)

"XƏZƏRİN ULDUZU" (VÖEN - 2902695081)

 "KLASTER COMPANY" (VÖEN - 2903200211)

 "DEFACT F" (VÖEN - 2903148901)

"GRAND HOLDİNG" (VÖEN - 2903289921)

"LYUKS HOLDİNG" (VÖEN - 2903281551)

"PERFECT COMPANY" (VÖEN - 2903215741)

"TAC HOLDİNG" (VÖEN - 2902797521)

"TAC İNTERNATİONAL" (VÖEN - 2900705831)

 "ŞAH İNVEST" (VÖEN - 2902610041)

"TAC" (VÖEN - 2901281001)

Ləğv olunaraq "Fatih Holding” MMC-yə birləşən şirkətlərin siyahısı:

"LEGAL HOLDİNG" (VÖEN - 2903292971)

 "LEGEND LTD" (VÖEN - 2903311931)

 "OPTİMAL GROUP" (VÖEN - 2903216121)

 "KƏCAVƏ" (VÖEN - 2903014071)

"QALAKTİKA HOLDİNG" (VÖEN - 2902949941)

 "QALAKTİKA CSD" (VÖEN - 2902725871)

 ALİANS LTD" (VÖEN - 2903198231)

"FAKTOR COMPANY" (VÖEN - 2903201821)

 "İNTER SİNDİKAT" (VÖEN - 2903148881)

 "STİMUL GROUP"( VÖEN - 2903295341)

"DİAMOND HOLDİNG" (VÖEN - 2903301281)

(yeniavaz.com)


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşa TBMM-in sədr müavini Sırrı Sürəyya Öndərin vəfatı ilə əlaqəda...

Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən S...

"Nüşabə Ələsgərli övladlarına xarici ölkələrdə ev alıb"

"Şou-biznesdə varlılar çoxdur. Deyilənlərə görə, ən varlısı Nüşabə Ələsgərlidir. İndi gəlib mənimlə dalaşacaq".   Sfera.az xəbər verir ki, ...

Rusiya prezidenti: “Ukrayna ilə barışıq qaçılmazdır”

“Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir”.   Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Ross...

FAKTİKİ HAVA: Bakıda küləyin sürəti güclənib

Milli Hidrometeorologiya Xidmətinin mayın 4-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağışlı hava şəraiti davam edir, b...

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: May ayının bu günlərində...

May ayında Günəş fəallığının artması səbəbindən Yer kürəsində bir neçə maqnit qasırğası qeydə alınacaq.   Proqnozlara əsasən, bu hadisələr mayın müxt...