Azərbaycana qar yağır - FAKTİKİ HAVA

Cəmiyyət
18:10 / 13.02.2023
11881
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 13-ü saat 17:00-a olan məlumatına əsasən, Zaqatala, Şəki, Balakəndə qar yağır.
Xidmətdən Sfera.az-a verilən xəbərə görə, külək Şimal-qərb küləyi arabir Zaqatalada 25 m/s, Balakəndə 24 m/s, Naftalan, Qobustan, Şəkidə 22 m/s, Daşkəsəndə 20 m/s, Ceyrançöl, Tovuz, Gəncədə 18 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.