Rayon sakininin evindən 5 kilodan çox narkotik tapıldı

Cəmiyyət
17:40 / 13.02.2023
12832
Astarada evdən külli miqdarda narkotik aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Axundov saxlanılıb.
Onun üzərindən 5 qrama yaxın heroin, evinə baxış zamanı isə 4 kiloqram 30 qram heroin və 1 kiloqram 905 qram marixuana aşkar olunaraq götürülüb.