“İmprotex” şirkətlər qrupu Türkiyəyə yardım kampaniyasına 50 min manat ayırdı 

“İmprotex” şirkətlər qrupu Türkiyəyə yardım kampaniyasına 50 min manat ayırdı 

Dağıdıcı zəlzələlərdən sonra ilk saatlardan Türkiyəyə göstərilən dəstək Azərbaycan və Türkiyə xalqları arasında dostluq münasibətlərinin möhkəmliyinə sübutdur.

 

Sfera.az xəbər verir ki, “İmprotex” şirkətlər qrupu da bunun fonunda yardım təşəbbüsünə qoşulub.

 

Belə ki, şirkət Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından Azərbaycanda başlanmış yardım kampaniyasına 50 min manat vəsait ayırmaqla dəstək verib. 

 

"Bu vəsait zəlzələdən zərər çəkənlərə yardım fondlarına köçürülüb. İnanırıq ki, Türkiyə zəlzələnin ağır nəticələrini tezliklə aradan qaldıracaq. “İmprotex” şirkətlər qrupu yaxınlarını itirənlərə bir daha dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərə şəfa diləyir. Türkiyə, biz səninləyik!", - şirkət tərəfindən bildirilib.

 

İnci


OXŞAR XƏBƏRLƏR