Nazir: "Türkiyədə zəlzələ nəticəsində 120 polis işçisi həlak olub"

Cəmiyyət
17:31 / 10.02.2023
30913
"Zəlzələ nəticəsində bu günə qədər 120 polis əməkdaşı həlak olub".
Sfera.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
"Eyni zamanda kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də həyatını itirib", - o, əlavə edib.
Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub:
"AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Çox böyük əməliyyat keçiririk. Çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda çoxlu işi görək".