Türkiyədə daha iki zəlzələ oldu

Türkiyədə daha iki zəlzələ oldu

Türkiyədə daha iki zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

 

Bildirilib ki, zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Tatlar-Nurhak bölgəsində 3.7 bal gücündə, digəri isə şəhərin Cıtlık-Elbistan bölgəsində 3.9 bal gücündə olub.

 

Qeyd edək ki, 6 fevral səhər saatlarında Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə ölənlərin sayı 6 234 nəfərə çatıb, 37 011 nəfər yaralanıb. Bundan başqa, zəlzələ nəticəsində 5 775 bina dağılıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.(BAKU.WS)


OXŞAR XƏBƏRLƏR