Nazirlik Kino Agentliyinə rəhbər təyinatı ilə bağlı işlər aparır

Cəmiyyət
14:34 / 07.02.2023
19772
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətə başlaması üçün müvafiq işlər aparılır.
Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.
“Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsin ən qısa zamanda fəaliyyətə başlaması üçün nazirlik tərəfindən aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir, o cümlədən quruma rəhbər təyinatı, onun strukturunun təsdiq olunması, maddi-texniki baza ilə təmin edilməsi və s. istiqamətlərdə müvafiq işlər görülür”, – məlumatda vurğulanıb.