Sabah qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə və səhər 4°-dək isti, axşam 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Yollar buz bağlayacaq.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 25 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.     Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən...

Dövlət büdcəsinə 14 milyard manat pul toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur. ...

Bakıda havanın temperaturu 25 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində...

Bakıda avtomobil qiymətinə telefon satışa çıxarıldı - FOTO

Bakıda "Vertu" markalı mobil telefon fantastik qiymətə satışa çıxarılıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumat yerli elan saytl...

Avropa Rusiyadan qaz idxalını tam dayandıracaq - Tarix açıqlandı

Avropa İttifaqı (Aİ) 2025-ci ilin iyun ayında Rusiyadan qaz idxalını tam qadağan edən qanun layihəsi təklif etməyi planlaşdırır. Qanun layihəsi ən geci 202...

Bakıda 17 təhsil müəssisəsi yaxşı məktəblərin sırasındadır

Bu il respublika üzrə yaxşı məktəblərin sırasına şəhərin 17 təhsil müəssisəsi daxil olub.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məl...