2 aylıq körpə 29 saat sonra sağ çıxarıldı - VİDEO

2 aylıq körpə 29 saat sonra sağ çıxarıldı - VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən 29 saat sonra 2 aylıq körpə xilas edilib.

 

Sfera.az xəbər verir ki, körpənin xilasedilmə anını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 

Mehmet Çınar adlı körpənin valideynlərinin xilas edilib-edilmədiyi bəlli deyil.

 

Görüntülərdə onun babasının sağ olduğu aydınlaşır.

 

Xilas edilərkən ayaqyalın olan uşaq isti parçaya bükülüb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

 

 


OXŞAR XƏBƏRLƏR