Lənkəranda qanunsuz ağac kəsən şəxs cəzalandırıldı

Cəmiyyət
12:10 / 07.02.2023
14695
Lənkəran rayonu, Şağlaser kəndi ərazisində xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yaxınlığında ağac kəsintisi faktı müəyyən edilib.
Bu barədə Sfera.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, araşdırma zamanı ağacın həmin torpağın mülkiyyətçisi Abasəli Feyzullayev tərəfindən kəsildiyi məlum olub:
"Faktla bağlı protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb".