Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda işə başladı

Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda işə başladı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

 

Sfera.az xəbər verir ki, səhər saatlarında Kahramanmaraşa çatan Azərbaycan FHN-in əməkdaşları dağıntılar altından insanların xilas edilməsi istiqamətində fəaliyyətə başlayıblar.

 

Hazırda axtarış-xilasetmə əməliyyatları aparılır.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.(report)


OXŞAR XƏBƏRLƏR