Üç yaşlı Miran 22 saat sonra dağıntılar altından sağ çıxarıldı - FOTO

Cəmiyyət
10:30 / 07.02.2023
9004
Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra Malatyada çökən binanın altında qalan 3 yaşlı Miran 22 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Sfera.az bu barədə BAKU.WS-ə istinadən xəbər verir.
Məlumata görə, Miran Tekeşdən başqa 5 mərtəbəli yaşayış binasının dağıntıları altında qalan 26 yaşlı Abdullah Uraz da 22 saat sonra xilas edilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 2 921 nəfər həlak olub, 15 834 nəfər yaralanıb.