Zəlzələdə itkin düşən Günel Qayıbova tapıldı: Bacısının axtarışları davam edir

Cəmiyyət
21:11 / 06.02.2023
33324
Zəlzələ nəticəsində Kahramanmaraşda yaşayan azərbaycanlılardan itkin düşmüş Günel Qayıbova axtarışlar nəticəsində tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Həbib müntəzir məlumat verib:
"Günel Qayıbovanın hazırda vəziyyəti normaldır. Ondan 6 km uzaqlıqdakı bacısı Nərgiz Qayıbova və övladlarının axtarışı davam etdirilir".