Aktobe-Bakı təyyarəsi təcili eniş etdi

Cəmiyyət
18:19 / 06.02.2023
23659
Aktobe-Bakı reysi ilə uçan təyyarə Atırau hava limanında təcili eniş edib.
Sfera.az xəbər verir ki, bu barədə uçuşu gerçəkləşdirən “Qazaq Air” şirkəti açıqlama verib.
Təcili enişə sərnişinlərdən birində qanaxma baş verməsi səbəb olub. Ona ilkin tibbi yardım göstərilib, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.