Səfirlikdəki terror zamanı yaralanan Mahir: "Tibbi yardım göstərilmədi, əməliyyata isə..."

Səfirlikdəki terror zamanı yaralanan Mahir:

"Terrorçu avtomatla atəş aça-aça gələndə polisin müqaviməti ilə üzləşmədi".


Sfera.az xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanan mühafizə xidmətinin əməkdaşı Mahir İmanov deyib.

 

“Polis hadisəyə müdaxilə etmirdi, radio vasitəsilə də məlumat verilmədi. Gördüm ki, silahla bir şəxs qapıya doğru gəlir. Bir addım irəli gələn kimi atəş açmağa başladı. Orxan Əsgərovla mühafizə postuna daxil olduq. Müqavimət göstəmək üçün nəsə götürməyə çalışdıq. Hiss etdim ki, Orxan sağ tərəfə yıxıldı. Döndüm arxaya ki, Vasif onun üzərinə atılıb. Vasifə kömək istəməyə getdim. Sol ayağımdan güllə yarası aldığımdan alınmadı. Mühafizə yoldaşımız Vasif hərəkət etməsəydi, orada faciə yaşanacaqdı. Çünki orada səfirliklə yanaşı, yaşayış binası var idi. 6 ailə orada yaşayırdı”, - deyə M.İmanov ilk dəfə səfirliyə hücumdan danışıb.


O, daha sonra əlavə edib: “Qolumdan 3 güllə yarası aldım. Güllə sol ayağıma dəydi, sağ ayağımı sıyırdı. Tibbi yardım gəldi. Lakin heç bir ilkin yardım göstərilmədi. Yolda eşitdik ki, xəstəxanaya dedilər ki, yaralı gətiririk. Xəstəxanadan deyildi ki, qəbul edə bilmərik .Biz artıq yolu yarı etmişdik. Məni qəbul etsələr də, əməliyyata 5 saatdan sonra aldılar”.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.(modern.az)


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...

İsveçdə nikahlarla bağlı 5 il QANUNU: Azərbaycanda da tətbiq edilə bilərmi? - AÇIQLAMA

Bir neçə gün bundan əvvəl İsveçdə nikahların 5 ilə məhdudlaşdırıldığı iddiası sosial mediada gündəm oldu.  Qeyd edildi ki, bu ölkədə yeni qərarla...