Türkiyədə daha bir güclü zəlzələ oldu

Türkiyədə daha bir güclü zəlzələ oldu

Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub.

 

Sfera.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb.

 

İlkin məlumata görə, yeraltı təkanlar 7,8 bal gücündə olub.

 

Zəlzələ ölkənin bir çox bölgəsində hiss edilib.

 

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb.


OXŞAR XƏBƏRLƏR