“Zəlzələlər bir ilə qədər davam edə bilər” - Haluk Özener

“Biz bölgədə son 24 ildə gördüyümüz ən böyük zəlzələ ilə qarşı-qarşıyayıq”.
Sfera.az bildirir ki, bunu Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun direktoru Haluk Özener deyib. O, qeyd edib ki, indiyədək 100 afterşok baş verib.
“Onlardan təxminən 53-ü Rixter şkalası üzrə 4 baldan yuxarı, yeddisində isə bu rəqəm 5-i keçib. Bu, zəlzələlərin intensivliyini azaltmaqla prosesin yaxın günlərdə də davam edəcəyi anlamına gəlir. Həmçinin, zəlzələlər bir ilə qədər davam edə bilər”, deyə Özener bildirib.
Qurum rəsmisi sunamilərlə bağlı araşdırmaların da aparıldığını deyib: “14 fərqli ölkəyə xəbərdarlıq etmişik. Dəniz səviyyəsinin qalxmasını 3 fərqli nöqtədə araşdırdıq. Famaqustada 17 santimetr, Mersində 13 santimetr, İskəndərunda 13 santimetr dalğa hündürlüyü var”.
Günay Rəsulqızı