Rabitəbankda yeni təyinat olub!

Rabitəbankda yeni təyinat olub!

Rabitəbankda yeni təyinat olub. Belə ki, Aqşin Əsədzadə Biznes Proseslərinin İnkişafı Departamentinin Direktor müavini, Rəşad İsrafilov Kreditlərin Anderraytinqi Departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

 

Bank sahəsində 20 ilə yaxın təcrübəyə malik Akşin Əsədzadə əmək fəaliyyətinə 2004-cü ildə “Rabitəbank”da başlayıb. Bu illər ərzində o, Fiziki şəxslərə xidmət, Məhsulların inkişafı, Alternativ satış kanalları, Rəqəmsal xidmətlərin tətbiqi kimi şöbələrə rəhbərlik edib.

 

A.Əsədzadə 2000-2004-cü illərdə Qafqaz Universitetinin Mühəndis İqtisadiyyatı və İdarəetmə fakultəsində Menecment (Bank işi üzrə) ixtisası üzrə təhsil alıb.

 

Rəşad İsrafilov kariyerasında artıq 10 ildən çoxdur ki bank sahəsində fəaliyyət göstərir. Daha öncə müxtəlif banklarda və özəl şirkətlərdə Baş analitikMaliyyə direktoru, Korporativ şöbənin müdiri vəzifələrində çalışıb.

 

R. İsrafilov 2021-ci ildən etibarən Rabitəbankda çalışır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika fakultəsində təhsil almışdır. GAF – 2013, Trade Finance – 2015, Financial Accounting – 2016 sertifikatlarına sahibdir.

 

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...