Nazpəri Dostəliyeva ötən gün vəfat edən bacısı ilə son görüşündən danışdı: "Qədrini bilməmişəm"

Nazpəri Dostəliyeva ötən gün vəfat edən bacısı ilə son görüşündən danışdı:

“​Xəstəxanada vəziyyəti stabil idi. Ona yaxşı baxırdılar. Həkimlərdən Allah razı olsun. Birdən-birə dərmanlar böyrəklərinə mənfi təsir etdi”.

 

Sfera.az xəbər verir ki, bunu “Qafqazinfo”ya ötən gün vəfat edən müğənni Zeynəb Dostəliyevanın bacısı Xalq artisti Nazpəri Dostəliyeva bildirib. 

 

Onun sözlərinə görə, ötən gün səhər saat 08:00-09:00 radələrində reanimasiyadan zəng vurub bacısının böyrəklərinin fəaliyyətini dayandırdığını deyiblər: “Həkimlərdən xahiş etdim ki, əlinizdən gələni edin. Bir daha həkimlər müdaxilə etdilər. Sonra böyrəklərini təmizləmək üçün aparata qoşdular. Axşam saat 20:00 radələrində bacım Zeynəb dünyasını dəyişdi”.

 

N. Dostəliyeva bildirib ki, sağalacağına özü də, bacısı da inanıb: “Məni öpüb, qucaqladı. Dedi ki, “bacı, mən sənin qədrini bilməmişəm. Niyə belə etmişəm?!”

 

O hər zaman qədrimi bilirdi. Ölümünü hiss edirdi, amma mən ona dəstək olurdum. Deyirdim ki, nə danışırsan, oğlun Orxana ev alıb onu evləndirəcəyik. Sevincindən məni qucaqlayıb ağladı. Öpdüm, dedim ağlama. Gözlərimə belə bir ümid gəlirdi ki, o sağalacaq. İnfeksiya tamamilə sovrulmuşdu və yaxşılığa doğru gedirdi”.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...