Azərbaycan Türkiyəyə başsağlığı verdi

Cəmiyyət
09:15 / 06.02.2023
8401
Azərbaycanın Ankaradakı səfirliyi Türkiyəyə başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında paylaşım edilib.
“Kahramanmaraşın Pazarcık rayonunda meydana gələn və ətraf şəhərlərdə də hiss edilən zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Keçmiş olsun, Türkiyə! Səninləyik, Türkiyə!”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.