Türkiyədə dəhşətli zəlzələ baş verdi - VİDEO

07:39 / 06.02.2023
13174
Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.
Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.
Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.
Haber Global dağıntılar olan yerdən canlı yayıma çıxıb: