Bir ayda 13 uşağa Polad, 2 uşağa Xudayar adı verilib

Cəmiyyət
23:47 / 04.02.2023
42150
Bu ilin yanvar ayında Azərbaycanda Polad və Xudayar adı verilən uşaqların sayı açıqlanıb.
Sfera.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 13 uşağa Polad, 2 uşağa Xudayar adı verilib.
Son illər ölkəmizdə Polad və Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 196 uşağa Polad, 73 uşağa isə Xudayar adı verilib.