Aktyor Rəhman Rəhmanov ikinci həyat yoldaşıdan da boşandı

Aktyor Rəhman Rəhmanov ikinci həyat yoldaşıdan da boşandı

Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşanıb.

 

Sfera.az bildirir ki, bu barədə əməkdar artistin özü ARB-nin "Elgizıə izlə" verilişinin canlı yayımında açıqlayıb. Aktyor yenidən evlənə biləcəyindən də söz açıb: "Bu verilişə evlənmək üçün gələn gənclərə həsəd aparıram. Kimsə evlənmək istəyəndə arxasınca xeyli insan gəlir. Mən evlənmək istəsəm, mənim üçün heç gələn olmaz".

 

Onun bu açıqlaması verilişin qonaqları tərəfindən təəccüblə qarşılanıb.

 

Əməkdar artist Kübra Əliyevanın "Heç o cür qadından boşanmaq olarmı?", sualına Rəhman Rəhmanov bu cür cavab verib: "Neyləyim. Hər şey bitdi, çıxdı getdi".

 

Gülbiçə Rəhmanova verilişlə əlaqə saxlayaraq, əməkdar artistə halallığını verdiyini bildirib.

 

Qeyd edək ki, Gülbiçə Rəhmanova əməkdar artist Rəhman Rəhmanovun ikinci həyat yoldaşı idi. Onun birinci həyat yoldaşından 4 övladı olub. Oğlu 27 yaşında dünyasını dəyişib. İkinci ailəsindən isə övladı olmayıb.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...