“Tünzalənin məzar daşı üçün Manaf pul göndərdi” - Ülviyyədən şok sözlər

“Tünzalənin məzar daşı üçün Manaf pul göndərdi” - Ülviyyədən şok sözlər

“Tünzalə Əliyevanın yas mərasimində pul yığılmayıb. Xalq artisti Afaq Bəşirqızı dedi ki, məzar daşını düzəltdirək, ailəyə yük düşməsin. Röyal uşağı böyütməlidir. Manaf Ağayev, Dilarə Əliyeva pul göndərib. Əməkdar artist Rafael İsgəndərov deyib ki, mən də kömək edəcəm. Röyal da dedi ki, mərhum həyat yoldaşının məzar daşının düzəldilməsi üçün nə qədər məbləğ çatışmasa, özü edəcək”.

 

Sfera.az xəbər verir ki, bu sözləri əməkdar artist Ülviyyə Əliyeva sosial şəbəkədə canlı yayımda deyib.

 

Aktrisa həmkarı Dilarə Əliyevanın xalq artisti Aygün Kazımovanın doğum gününə qatılmasını birmənalı qarşılamayanlara da cavab verib:

 

“Dilarə Əliyevanı qınayanlar, həyatda elə şeylər var ki, məcbursan edəsən. Aygün Kazımova Dilarənin qızının toyuna, nəvəsinin ad gününə gəlib. O da Aygün Kazımovanın doğum günü məclisində bir saat oturub, gəlib. Tünzalə xəstə olanda, Dilarə onun müalicəsinə pul verib. Onlara 10 min manat verib. Halal xoşu olsun. Tünzalə xəstəliyinə görə işdən çıxanda onu ilk dəfə “Söhbət var” verilişinə Dilarə çağırıb. Ona iş, çörək, pul, ruzi verib. “Qaratikan” serialına Dilarə onu çağırıb, rol verib. Son günə kimi daim yanında olub. Tünzalə vəfat etdikdən sonra da uşağının yanındadır".

 

Əməkdar artist Tünzalə Əliyavanın həyat yoldaşı Röyalın işini də açıqlayıb: “Röyal məşqçidir. Onun ürəyində iki yırtıq vardı. O iki ay əvvəl əməliyyat olunub".

 

Qeyd edək ki, Tünzalə Əliyeva xərçəng xəstəliyindən dünyasını dəyişib./Teleqraf


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov qərar imzaladı

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib. Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb. ...

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...